Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
YAP Xocalı rayon təşkilatı partiyanın yaradılmasının 27-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirib

0

  •          22 noyabr tarixdə xocalıların kompakt şəkildə məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, partiya üzvləri və rayon ziyalıları iştirak etdilər. 
            Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkına gələrək partiyanın yaradıcısı, Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, Ulu öndərin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzdülər.
            Xocalı Rayon İcra Hakimiyyətinin akt zalında davam edən tədbirdə Ulu öndər Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edildi.
            YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev tədbiri giriş sözü ilə açaraq, yaranmasından 27 il ötən Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynadığını diqqətə çatdırdı. Vahid Əliyev bildirdi ki, Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuş 91 nəfər tanınmış ziyalının - "91-lər"in 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləməsi, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atması mühüm bir addım idi. Ulu öndər ziyalıların müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı səriştəsiz şəxslərin rəhbərlik etdiyi hakimiyyətin maneələr yaratması ucbatından, partiyanın yaradılmasını istəyən insanların bir hissəsi Naxçıvana gedərək, partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Yenə də xalqın Heydər Əliyevə olan inamını bəzi qüvvələr sarsıda bilmədi. Naxçıvanda yaradılan YAP-ın təsis konfransında Ümummilli lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın Sədri seçildi.
            Azərbaycan üçün ən ağır və məsuliyyətli dövrdə YAP-ın yaranması tarixi zərurət idi. Bugünkü dincliyimizin, əmin-amanlığımızın, bütün sahələrdə dinamik inkişafımızın möhkəm təməli məhz  Azərbaycanımızın, partiyamızın qurucusu Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. 
          Vahid Əliyev qeyd etdi ki, YAP rayonumuzda 822 nəfəri öz ətrafında birləşdirən siyasi partiyadır.        
            YAP Xocalı rayon təşkilatının sədr müavini Nəcəf Həsənov çıxışında Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşmasının məhz Ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf etdiyini vurğuladı. Azərbaycanın müstəqillik yaşı 28 il olsa da, 100 il müstəqil olan dövlətlər qədər ölkəmizin inkişaf yolu keçdiyini dedi. Nəcəf Həsənov qeyd etdi ki, Yeni Azərbaycan Partiyası yalnız 700 mindən çox siyasi fikri eyni olan insanların deyil, eyni zamanda xalqın istək və arzularını təmin edən siyasi partiyadır.
    .         YAP Xocalı rayon təşkilatı Qadınlar Şurasının sədri Məlahət İsmayılova məruzə ilə çıxışında bildirdi ki, 1992-ci il noyabrın 21-də Ulu öndər Heydər Əliyevin sədrliyi ilə YAP təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Ancaq o dövrün mənzərəsinə nəzər salanda Azərbaycanın gələcəyi görünmürdü: separatizm meylləri güclənirdi, iqtisadi, sosial vəziyyət kifayət qədər gərgin idi, çəkişmələr getdikcə vəziyyəti daha da ağırlaşdırırdı. Bütün bunların fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, torpaq və insan itgiləri müstəqilliyin də iyitilməsinə gətirib çıxara bilərdi. Xalqın ümid yeri olan Heydər Əliyevin siyasi meydana qayıdışı isə Azərbaycanı bəlalardan xilas etdi, yeni Azərbaycanın gələcək uğurlarına yol açdı. 
            Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin tək bir səbəbi vardı - xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu.  
            Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov müstəqilliyimizin ilk illərində Azərbaycanın düşdüyü ağır vəziyyətdən danışdı. Bildirdi ki, səriştəsiz rəhbərlərin hakimiyyəti dövründə Azərbaycan xaosa bürünmüşdü. O dövrki partiyalar torpaqlarımızın işğalına şərait yaratdılar. İndi bir sıra müsəlman ölkələrində çaxnaşmalar yaradılır, həmin ölkələri parçalamağa, dağıtmağa çalışırlar. Azərbaycanda xaos və anarxiya bir daha yaşamamaq üçün xalqımız daim ayıq-sayaq olmalıdır. Özbaşınalığın, hərc-mərcliyin, kütləvi iğtişaşların, aclığın, səfalətin şahidləri olmuş insanlar həmin hadisələri gənc nəslə danışmalıdırlar. 
            Şahmar Usubov vurğuladı ki, nə qədər ki, Azərbaycanda xalq-iqtidar, xalq-ordu birliyi var, bizim Qarabağa qayıtmaq inamımız var. Rayonumuzun rəhbəri çıxışının sonunda hər kəsi Azərbaycanın inkişafı, ərazi bütövlüyü, dövlətçiliyi uğrunda mübarizəyə çağırdı.
























































    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib53 dəfə
    YAP Xocalı rayon təşkilatı partiyanın yaradılmasının 27 ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirib

    Maraqlı gələ bilər
    188
    48
    66
    152